Hökumət birtipli layihələrə çox pul xərcləyir
Abşeron İH “Arxitektura və dizayn” MMC ilə Xırdalanda və rayonun 4 kəndində uşaq bağçası-körpələr evi tikintisinin layihə-smeta sənədlərinin işlənməsi üçün müqavilə bağlayıb.
Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, məktəbəqədər müəssisələr 6 qrupdan ibarət olacaq. Hər layihə üçün Sumqayıtdakı layihə şirkəti 30 000 manat alacaq.
«İqtisadi Təşəbbüslərə Yardım» İB-nin rəhbəri Azər Mehdiyev hesab edir ki, bu yanaşma dövlət büdcəsinin vəsaitlərinə qənaət cəhətdən məqsədəuyğundur. «Sosial obyekt tikintisi üzrə layihələr işləmək üçün podratçı seçimi bir dəfə olmalıdır. Hökumət bu məsələni səmərəsiz həll edir».
Rəsmi məlumata görə, mövcud uşaq bağçaları tələbatın 23%-i ödəyir. 2020-ci ilə kimi bu göstərici 90%-ə çatdırılmalıdır.
Fevralda Heydər Əliyev Fondu məktəbəqədər təhsil müəssisələrinin inkişaf proqramını təqdim edib. Bakı və ətrafının sosial-iqtisadi inkişafı Dövlət Proqramında onlarla uşaq bağçasının tikintisi nəzərdə tutulur. Bakıda 1100-1500 uşaq bağçasına ehtiyac var. 08B
-
- İqtisadiyyat
- 18 İyun 2014 16:22
-
- Cəmiyyət
- 18 İyun 2014 16:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz