Hökumət büdcə investisiyalarını ixtisar edir
Bu ilin yanvarında hökumət büdcə investisiyalarının maliyyələşməsini ixtisar edib. Dövlət başçısının tapşırığı ilə iqtisadiyyat və sosial həyat üçün daha vacib obyektlərin tikintisi davam etdiriləcək.
Dövlətstatkomun məlumatına görə, nəqliyyat, təhsil, səhiyyə və s. layihələrin maliyyələşməsinə dövlət büdcəsindən 130,6 mln manat xərclənib. Bu, 2014-cü ilin yanvarındakından 57,1% azdır. Məsələn, dövlət idarəetməsi, müdafiə və sosial təminat obyektlərinin tikintisinə 4,9 mln manat büdcə vəsaiti ayrılıb. Bu, ötən ilin yanvarında bu sahələrə ayrılan vəsaitlərin 5%-dir.
Bu il dövlət büdcəsindən dövlət investisiyalarına 6,93 mlrd manat yönəltmək planlaşdırılır. Amma neft gəlirlərinin azalması ilə bağlı büdcənin gəlirlər və xərclər hissəsinin azaldılacağı gözlənilir. 08B
-
- İqtisadiyyat
- 17 Fevral 2015 19:16
-
- İqtisadiyyat
- 17 Fevral 2015 19:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz