Hökumət Daşkəsən Filizsaflaşdırma Kombinatına investisiya axtarır
Hökumət “Daşkəsən Filizsaflaşdırma Kombinatı” ASC-ni $1 mlrd-a etibarlı əllərə vermək istəyir.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə. Bunun üçün tender keçirilir. “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması üçün məsləhətçi seçiləcək.
Məsləhətçinin vəzifələrinə müəssisənin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması; qiymətləndirilməsi və investisiya ehtiyaclarının öyrənilməsi; potensial investorlara təqdim olunmaq üçün müəssisə haqqında məlumat memorandumunun hazırlanması daxildir.
Dövlət çoxdan müəssisəni modernləşdirmək istəyir. Amma dəmir filizinin kəskin ucuzlaşması (1 tonu $146-dan $59,83-a – 12 avqust 2016)ixrac niyyətinə təsir edib.
Gömrük Komitəsinin məlumatına görə, bu ilin I yarısında ümumi ixracat $3,82 mlrd olub. Filiz ixracı $6,54 mln və ya 104 min ton təşkil edib. Bu, ötən ilkindən iki dəfə çoxdur. --17D—
-
- Siyasət
- 16 Avqust 2016 10:43
-
- İqtisadiyyat
- 16 Avqust 2016 10:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz