AMB-yə görə, istehlakçılar qeyri-ərzaq mallarına daha çox xərcləyir
Azərbaycan Mərkəzi Bankı yanvar-iyun üzrə pul siyasəti icmalını açıqlayıb.
AMB-yə görə, 2016-cı ilin birinci yarısında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçıların əsas xərclərinin 49,5%-i ətrzaq malları, içkilər və tütün məmulatlarının alışı ilə əlaqədar olub. Hər bir istehlakçı orta hesabla hər ay pərakəndə ticarət şəbəkəsində 117,8 manat məbləğində ərzaq, içki alıb.
Qalan 50,5% qeyri-ərzaq mallarının, o cümlədən 17,8%-i geyim, ayaqqabı, 5,5%-i - elektrik cihazları və mebel, 0,8%-i kompüter, telekommunikasiya avadanlığı, 1,2%-i - əczaçılıq məmulatları, 6,5%-i - avtomobil yanacağı, 18,7%-i - digər qeyri-ərzaq mallarının alışına yönəlib. Hər istehlakçı 121,6 manat məbləğində qeyri-ərzaq malları alıb.
Ekspertlər hesab edir ki, ötən il manatın 2 dəfə devalvasiyasından sonra əhalinin çox hissəsi vəsaitlərinin çoxunu ərzaq mallarına yönəldib. Praktika göstərir ki, sabahkı günə ümid olmayanda adamlar "artıq" əşyalar almır, ərzağa üstünlük verir. --17D—
-
- İqtisadiyyat
- 16 Avqust 2016 10:45
-
- İqtisadiyyat
- 16 Avqust 2016 10:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz