Hökumət əlilliyin müəyyən olunması meyarlarına dəyişiklik edib
Nazirlər Kabineti hər üç əlillik dərəcəsinin müəyyən olunması, eləcə də 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına yenidən baxmaq qərarına gəlib. Köhnə reqlament 1997-ci ildən qüvvədədir.
Hökumətin 30 dekabr 2015-ci il tarixli, bu gün açıqlanan qərarına əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsi ilə müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.
Qərar “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının icrasını təmin üçün qəbul edilib. Bu qərar kliniki, psixoloji, sosial-məişət, peşə amili, eləcə də insanın reabilitasiya potensialının kompleks qiymətləndirilməsinə əsaslanır.
Birinci qrup əlillik müddətsiz verilir. Xüsusi hallarda ikinci və üçüncü qrup əlillik də müddətsiz müəyyən edilə bilər. Digər hallarda II və III qrup əlillik 5 il müddətinə təyin edilir. 10 il fasiləsiz II qrup əlilliyi olan şəxs daimi qrupa daxil edilir. III qrup əlillər üçün 15 il vaxt müəyyən edilib. 08D
-
- İqtisadiyyat
- 7 Yanvar 2016 11:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz