- İqtisadiyyat
- 7 Yanvar 2016, 11:46
- 1478
«Pasha Development»ə yeni direktor təyin edilib
“Pasha Holding ltd” MMC-nin səhmdarları “Pasha Development” MMC rəhbərliyində rotasiya həyata keçiriblər.
Holdinqin Müşahidə Şurasının üzvü (aprel, 2010-cu il) 35 yaşlı Nəriman Sərdarlı dekabrın son günlərində “Pasha Development” MMC-nin direktoru vəzifəsinə təyin edilib. O, bu postda Araz Ağayevi əvəzləyib.
A.Ağayev hazırda holdinqin “PMD Group” və “Amal İnvest Group” kimi bir neçə iri kommersiya strukturuna rəhbərlik edir.
“Pasha Development” MMC 2012-ci ilin iyununda “Pasha Holding” MMC şirkətlər qrupu tərəfindən təsis edilib. İlkin olaraq şirkətin kapitalı 16 mln. manat təşkil edib. Hazırda şirkətin kapitalı 240 mln. manatı ötür.
“Pasha Development” MMC təkcə Azərbaycan daxilində deyil, həm də onun hüdudlarından kənarda daşınmaz əmlakların alınması və idarə edilməsi ilə məşğul olur.
Məsələn, 2015-ci ildə şirkət narkoloji dispenserin (Tbilisi şəhəri, Ulyu Dodo Abaşidze, N17/4) keçmiş binasının sahibi olub. Gürcü mənbələri bildirirlər ki, “Pasha Development” Dövlət Daşınmaz Əmlak Agentliyinin keçirdiyi elektron hərracda qalib olub. Agentlik 7823 kv. metr ərazini bir şərtlə satıb ki, onun yerində otel (ən azı 150 nömrəlik) və ya kommersiya/ofis binası inşa olunsun. Sövdələşmə “Pasha Development”ə 3 555 000 ABŞ dollarına başa gəlib.
“Pasha Holding” MMC-yə nəzarəti Arzu və Leyla Əliyeva bacıları həyata keçirirlər.08B
-
- İqtisadiyyat
- 7 Yanvar 2016 11:42
-
- İqtisadiyyat
- 7 Yanvar 2016 12:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz