Hüquqi şəxslər haqqında informasiya verəcək qəzetlər müəyyən edilib
Azərbaycanda hüquqi şəxslərin dövlət qeydiyyatı haqda məlumat dərc edilən mətbuat orqanlarının siyahısı müəyyən edilib. Dövlət başçısı iyunun 3-də müvafiq fərman imzalayıb.
Sənəd 22 noyabr 2013-cü il tarixli Mülki Məcəlləyə dəyişikliyin icrasına yönəlib. Dəyişikliklər hüquqi şəxslərin ləğvi ilə bağlı məsələləri tənzimləyir. Beləliklə, hüquqi şəxslərin dövlət qeydiyyatı və ləğvi haqqında məlumat aşağıdakı mətbu nəşrlərdə dərc edilir: qeyri-kommersiya hüquqi şəxslər və təhsil müəssisələri haqqında məlumat “Ədliyyə” qəzetində; dini qurumlar haqqında məlumat “Cəmiyyət və din” qəzetində; kommersiya hüquqi şəxslər haqqında məlumat “Vergilər” qəzetində.”.
Qeyd edək ki, Vergilər Nazirliyi 2012-ci ilin iyununa qədər təsis edilən kommersiya hüquqi şəxslər barədə informasiyanı www.taxes.gov.az resursunda dərc edirdi. Qanunvericiliyə təsisçilər haqda məlumatın məxfiliyini nəzərdə tutan dəyişiklik ediləndən sonra Vergilər Nazirliyi bu praktikadan imtina etdi.
Kommersiya hüquqi şəxslərin ləğvi barədə informasiya ləğvetmə komissiyasının qərarından asılı olaraq müxtəlif mətbu nəşrlərdə yerləşdirilirdi. 08D
-
- İqtisadiyyat
- 4 İyun 2014 13:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz