Hüquqi şəxslərin sayı 90 mini keçib
Bu ilin I yarısında Azərbaycanda 5 min hüquqi şəxs qeydiyyata alınıb. Bunun 900-dən çoxu dövlət uşaq bağçalarıdır, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
İlin əvvəlindən ölkədə 100% xarici kapitallı 279 şirkət və 71 birgə müəssisə təsis edilib. 2013-cü ilin eyni dövründə bu göstəricilər 265 və 80 olub.
Dövlətstatkomun məlumatına görə, 1 iyul üçün Azərbaycanda 90 218 hüquqi şəxs qeydiyyata alınıb. Bunun 74 mini kommersiya təşkilatlarıdır. Bundan əlavə, 488219 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İl ərzində onların sayı 40 min nəfər artıb. 08D
-
- İqtisadiyyat
- 11 İyul 2014 15:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz