SKMF-nin vəsaitlərinin 84%-i kənd təsərrüfatına verilib
2014-cü ilin I yarısında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2600-dən çox sahibkara 129 milyon manat güzəştli kredit verilib. Vəsaitlərin 84%-i kənd təsərrüfatına ayrılıb.
Bakı qəsəbələri də diqqət mərkəzindədir. Maliyyələşdirilən kənd təsərrüfatı layihələrinin 21%-i onların payına düşür, deyə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.
İlin əvvəlindən 20 istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. İlin sonunadək 60 belə müəssisənin işə salınması planlaşdırılır. Nazir deyib ki, kiçik sahibkarlıqla məşğul olan şəxslərin güzəştli kreditlərə birbaşa çıxış imkanlarını təmin etmək üçün kredit ittifaqları ilə əməkdaşlıq genişləndirilir və xüsusilə regionlarda belə maliyyə qurumlarının yaradılması davamlı surətdə təşviq olunur.
Bu il SKMF-nin maliyyələşdirdiyi layihələrin sayı 27% artıb.
2014-cü ildə Fond sahibkarlara 280 milyon manat güzəştli kredit verəcək. 08D
-
- İqtisadiyyat
- 11 İyul 2014 16:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz