ISB 2 nəfərin ölümü, 1 nəfərin xəsarət almasına görə 11,5 min manat ödəyib
İcbari Sığorta Bürosu yol-nəqliyyat hadisəsində 2 nəfərin ölümü, 1 nəfərin yaralanmasına görə 11,5 min manat ödəyib.
Birinci YNH Xəzər rayonu ərazisində 26 yanvar 2013-cü il tarixdə baş verib və 1 nəfər həlak olub. Mərhumun ailəsinə 5 min manat kompensasiya verilib.
İkinci YNH Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisində 21 iyun 2012-ci il tarixdə baş verib. Bu zaman 1 nəfər həlak olub, 1 nəfər xəsarət alıb. Mərhumun ailəsinə 5 min manat, xəsarət alana 1,5 min manat kompensasiya verilib.
"Kompensasiya ödənişi poçt vasitəsi ilə 08 iyul 2014-cü il tarixdə köçürülüb", - deyə məlumatda bildirilir.
ISB 2014-cü ilin I rübündə yol-nəqliyyat hadisələrində ölən və xəsarət alanlara 73,26 min manat ödəniş edib.
İcbari Sığorta Bürosu 16 dekabr 2011-ci ildə yaradılıb. Hazırda 15 üzvü var. Büronun təsisçisi olmaq üçün üzvlük haqqı 200 min manatdır.
Büro üzvlərinin birdəfəlik depozit həcmi fərqlidir. Daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlak sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə birdəfəlik depozit 100 min manatdır. Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası üzrə birdəfəlik depozit hərəyə 200 min manatdır. --17D—
-
- İqtisadiyyat
- 11 İyul 2014 13:26
-
- İqtisadiyyat
- 11 İyul 2014 15:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz