I rübdə АХА MBASKın mükafatları azalıb
АХА MBASK şirkəti I rübdə 3 mln 133,29 min manat mükafat yığıb. Bu, ötən ilin eyni dövründəkindən 18,5% azdır.
Mükafatların üçdə biri avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (yeni AVSMMİS) üzrə yığılıb - 1,18 mln manatİcbari növlər üzrə cəmi 1,24 mln manat toplanıb.
Könüllü növlər üzrə 1,89 mln manat yığılıb. Daha çox mükafat avtomobillərin КАСКО sığortası üzrədir - 866,68 min manat. Bundan başqa, əmlakın yanğından və başqa risklərdən sığortası üzrə 530,84 min manat, KTS üzrə 158,41 min manat, bədbəxt hadisə və xəstəliklərdən sığorta üzrə 118,35 min manat, yük sığortası üzrə 100,94 min manat toplanıb.
Daha çox ödəniş avtosığorta üzrədir – 921,94 min manat. İcbari növlər üzrə 472,95 min manat kompensasiya edilib. Məcmu ödənişlər (1,84 mln manat) ötən ilkindən 44,4% çoxdur.
AXA MBASK sığorta şirkəti yerli bazarda 1992-ci ildən fəaliyyət göstərir və 25 könüllü, 4 icbari sığorta növü üzrə xidmət edir. 7 dekabr 2010-cu ildə MBASK-ın lisenziyası adının AXA MBASK-a dəyişməsi ilə bağlı yenilənib.
"MBASK"ın ölkədə 5 filial və təmsilçiliyi var. Ötən ilin oktyabrında MBASK əsas səhmdarını dəyişib. Şirkətin səhm nəzarət paketini (51%) AXA Group (Fransa) öz törəmə şirkəti AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros (İspaniya) vasitəsilə alıb.
Ödənilmiş nizamnamə fondu 6,74 mln manatdır. --17D—
-
- Cəmiyyət
- 15 Aprel 2013 15:19
-
- İqtisadiyyat
- 15 Aprel 2013 15:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz