I yarımildə Azərbaycan neftinin yüklənməsi 10% azalıb
SOCAR 2016-cı ilin I yarımilində Qara dəniz və Aralıq dənizi terminallarından 10 mln 247 min 879 ton neft ixrac edib. Bu barədə SOCAR-ın saytı məlumat verir.
2015-ci ilin eyni dövründə SOCAR 11 mln 406 min 893 ton xammal yükləyib. Beləliklə, 2016-cı ilin I yarımilində azalma 10,16% olub.
Daha çox azalma Rusiya istiqamətində olub – 29,4%. Supsadan ixracda azalma 20,2%, BTC üzrə 7,3% olub.
I yarımildə SOCAR və dövlət neftinin ixracı (ton)
|
|
2016 |
2015 |
|
Bakı-Tbilisi-Ceyhan |
8 536 793 |
9 203 947 |
|
Bakı-Supsa |
1 217 067 |
1 524 900 |
|
Bakı-Novorossiysk |
479 073 |
678 046 |
|
Bakı-Kulevi |
14 946 |
- |
|
Cəmi |
10 247 879 |
11 406 893 |
Müxtəlif terminallarda yüklənmənin azalması “Azəri-Çıraq-Günəşli”də hasilatın azalması ilə bağlıdır.
SOCAR-ın məlumatına görə, iyunda Brent nefti $48,34, Urals – $47,15, BTC FOB Ceyhan – $49,41 olub. –12B--
-
- Cəmiyyət
- 5 İyul 2016 10:57
-
- İqtisadiyyat
- 5 İyul 2016 11:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz