I yarımildə ВТС-nin xərcləri $161 mln-u keçib
2014-cü ilin I yarısında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin saxlanması xərcləri $161,3 mln olub. Bu barədə ВР-Azerbaijan şirkətinin hesabatında bildirilir.
Məlumata əsasən, bu məbləğin 61,3 mln-u ВТС-nin kapital xərcləri, $100 mln isə istismar xərcləridir.
ВР şirkəti ötən il BTC üzrə istismar xərclərini açıqlamayıb. Amma 2013-cü ilin I rübündə kapital xərcləri $26 mln, il ərzində $75 mln olub. Ona görə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin saxlanması xərclərinin dinamikasını müəyyən etmək olmur: onlar artıb, yoxsa azalıb?
BP-Azerbaijan-ın proqnozuna görə, 2014-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin saxlanmasının kapital xərcləri $119 mln, istismar xərcləri $230 mln proqnozlaşdırılır.
BTC kəmərinin buraxılış gücü sutkada 1,2 mln barreldir. İlin I yarısında kəmərlə 17,8 mln ton neft nəql edilib, Ceyhan terminalında 185 tanker yüklənib.
ВТС Со-nun səhmdarları bunlardır: BP (30.1%); ARDNŞ (25%); Chevron (8.9%); Statoil (8.71%); TPAO (6.53%); ENI (5%); Itochu (3.40%); ConocoPhillips (2.5%); INPEX (2.5%), Total (5%) və ONGC (2.36%).
-
- Cəmiyyət
- 19 Avqust 2014 12:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz