- İqtisadiyyat
- 10 Sentyabr 2013, 13:48
- 176
İcbari Sığorta Bürosu YNH-də ölüm faktına görə kompensasiya ödənişi həyata keçirib
İcbari Sığorta Bürosu Azərbaycan Respublikasının vətəndaşına ailə üzvünün yol-nəqliyyat hadisəsi nəticəsində həlak olması ilə əlaqədar 4200 (dörd min iki yüz) manat məbləğində kompensasiya ödənişi edib.
Büronun press-relizində deyilir ki, hadisə 21.06.2012-ci il tarixdə Qaradağ rayonu ərazisində baş verib. Kompensasiya ödənişi 06 sentyabr 2013-cü il tarixində qeyri-nəğd üsulu ilə (poçt vasitəsilə) həyata keçirilib.
İcbari Sığorta Bürosu 16 dekabr 2011-ci ildə yaradılıb. Hazırda 12 üzvü var.
Büronun əsas funksiyası – kompensasiya ödəmələri həyata keçirmək və onların vasitəsilə bu kompensasiyaların ödəniləcəyi müəyyən maliyyə fondunu idarə etməkdir. Kompensasiyalar Büroya üzv olan sığorta şirkətləri müflisləşəcəyi təqdirdə ödəniləcək.
Büronun maliyyə vəsaitləri üzvlük haqlarından, hər icbari sığorta növlərinə dair zəmanət depoziti, həmçinin sığorta şirkətlərinin hər ay büroya köçürəcəyi icbari növlərə görə ümumi mükafatların həcminin 5%-dən formalaşır.
Maliyyə Nazirliyi təsisçilər və təşkilatın üzvləri üçün ilkin qəbul məbləğini 200 min manat səviyyəsində müəyyən edib. --17D—
-
- İqtisadiyyat
- 10 Sentyabr 2013 13:26
-
- Mədəniyyət
- 10 Sentyabr 2013 14:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz