Risk peşəkarları yerli kredit ittifaqlarının imkanlarını gücləndirir
Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) yerli kredit ittifaqlarının imkanlarının artırılması üzrə hökumətə məsləhətlər verəcək.
Strukturun məlumatına görə, bu xidmətlər "Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və gəlirlərinin artırılmasına dəstək " layihəsinə daxil edilib. Layihəni Dünya Bankı maliyyələşdirir. Hökumətin Assosiasiya 31,15 min manatlıq sazişi də var.
Əvvəllər Turan məlumat vermişdi ki, Dünya Bankı $78,53 mln məbləğində layihə üçün $50 mln krediy ayırııb. Hökumətin payı $28,53 mln-dur. Kredit 5 illik güzəştlə 20 illiyə verilib.
Layihə 3 komponentdən ibarətdir: məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması; kiçik layihələrin maliyyələşdirilməsi; onların gəlir imkanlarının genişləndirilməsi.
layihə çərçivəsində 30 min nəfərin həyat şəraiti yaxşılaşdırılmalı, 200 layihə çərçivəsində 1,5 min kiçik kredit verilməlidir. --17D—
-
- Siyasət
- 10 Sentyabr 2013 12:59
-
- İqtisadiyyat
- 10 Sentyabr 2013 13:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz