İcbari sığortanın qeyri-populyar növləri
İcbari Sığorta Bürosunun məlumatına görə, oktyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 268 müqavilə bağlanılıb (ötən ilin eyni dövrü ilə müqayisədə mənfi 38%). Bu növ üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,3 milyon manat təşkil edib (mənfi 6%).
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 343 müqavilə bağlanılıb, 18,75 min manat toplanılıb.
«Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 56%-i yaşayış evləri və mənzillər, 2%-i inzibati binalar, 42%-i isə digər daşınmaz əmlakla bağlı olub», - deyə Büro məlumat verir.
Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 34 sığorta müqaviləsi bağlanılıb, daxil olan sığorta haqları isə 6 898 manat təşkil edib. --17D—
-
- İqtisadiyyat
- 2 Noyabr 2015 14:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz