İdxal-ixrac azalsa da, gömrükçülər planı doldurur
Avqustun 1-i üçün idxal-ixrac əməliyyatları azalsa da, (10,53%) Gömrük Komitəsi dövlət büdcəsinə ayırmaları artırır. Bu, artan tariflərlə bağlıdır. Ötən 7 ayda bu xətlə dövlət büdcəsinə 868 mln 65,36 min manat (+13,6%) vergi və rüsum daxil olub.
DGK-nın məlumatına görə, ƏDV üzrə büdcəyə 591 mln 803,84 min manat, aksizlər üzrə 32 mln 460,85 min manat, yol vergisi kimi 9 mln 324,53 min manat daxil olub. Gömrük rüsumu 234 mln 476,14 min manat təşkil edib.
2014-cü ildə Gömrük Komitəsi xətti ilə büdcəyə 1 mlrd 510 mln manat mədaxil proqnozlaşdırılıb. –17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz