İdxalçılar buğda tədarükünü dəfələrlə azaldıb
Bu ilin 2 ayında Azərbaycana $16,2 mln qiymətində buğda idxal edilib. Bu, 2015-ci ilin eyni dövründəkindən 6,7 dəfə azdır. Bu barədə Gömrük Komitəsinin hesabatında bildirilir.
İdxalın fiziki həcmi barədə məlumat verilmir.
Unüyüdən kombinatı olan idxalçı şirkətlərin birində bildiriblər ki, tədarükün kəskin azalmasına səbəb Rusiyada dollar ifadəsində alış qiymətlərinin artmasıdır. "Əgər 20 gün əvvəl Rusiya buğdası gömrük sərhəddində təhvil vermək şərti ilə tonuna görə 163 dollara təklif edilirdisə, bu gün qiymətlər 180 dollara çatıb. Bu qiymətlərlə un və çörəyin pərakəndə qiyməti istehsalçılar üçün ziyanlı olacaq", - deyə mənbə bildirib.
Eyni zamanda, şirkətdə qeyd ediblər ki, ölkədə buğda ehtiyatı kifayət qədərdir və hazırkı qiymətlərə baxmağa ehtiyac yoxdur. "Hər şey Rusiya rublunun məzənnəsindən asılı olacaq".
2015-ci ildə Azərbaycan xaricdən ümumi dəyəri 296,8 mln dollar olan 1 mln 353 ton buğda alıb. 08B
-
- Cəmiyyət
- 21 Mart 2016 01:41
-
- İqtisadiyyat
- 21 Mart 2016 11:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz