III rübdə Vergilər Nazirliyi 4,5 mln büdcədənkənar vəsaitdən istifadə edib
Bu ilin III rübündə Vergilər Nazirliyinin büdcədənkənar fonduna 11 725 min manat daxil olub və oktyabrın 1-i üçün vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar hesabına formalaşan mədaxil həcmi 21 367,2 min manat olub.
İlin əvvəlindən fonddan 7 mln manat xərclənib. Təkcə III rübdə Vergilər Nazirliyi 4,5 mln büdcədənkənar vəsaitdən istifadə edib. Ştatlı və ştatdankənar işçilərə 3 mln manatdan çox vəsait ayrılıb. Dəftərxana və təsərrüfat mallarına 772 min manat, maşın, avadanlıq alınması və nazirliyinin başqa ehtiyaclarına 1,2 mln manat xərclənib. Qeyri-maddi aktivlər alınmasına 2 mln manat yönəldilib.
Oktyabrın 1-i üçün fondda 14 294,7 min manat olub. Bu, iyuldakından 2 dəfə çoxdur.
Vergilər Nazirliyinin büdcədənkənar fondu ictimaiyyət üçün açıq olan yeganə bu tip maliyyə institutudur. Başqa nazirliklər bu rəqəmləri açıqlamır.
Vergilər Nazirliyinin büdcədənkənar fondu vergi orqanlarının vergi qanunvericiliyinin pozulmasına görə tətbiq etdiyi cərimə və sanksiyaların 5%-dən formalaşır. Sistem 2008-ci ildən tətbiq edilir və vergi orqanlarında korrupsiyanın qarşısını almaq üçün yaradılıb.
İşçilərin təşviqi mexanizmi bir neçə strukturda (DYP, gömrük, təbiəti mühafizə, daşınmaz əmlakın qeydiyyatı) var. Yalnız Vergilər Nazirliyi büdcədənkənar vəsaitdən istifadə barədə mütəmadi olaraq hesabat verir.
-
- İqtisadiyyat
- 17 Oktyabr 2013 13:33
-
- İqtisadiyyat
- 17 Oktyabr 2013 13:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz