Vergi cinayətləri faktları üzrə mədaxil 3 dəfə artıb
Bu ilin III rübündə Vergilər Nazirliyi tərəfindən vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə cəmi 380 cinayət işi başlanıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% çoxdur. Cinayət işlərinin araşdırılması zamanı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği 27 milyon 508,9 min manat olub. Bu, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Cinayət işlərinin çoxu (202) vergi borcunun ödənilməməsi üzrədir. 24 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət məsuliyyətindən azad ediliblər. 159 səyyar vergi yoxlamalarının nəticəsində cinayət işləri də açılıb. 08D
-
- İqtisadiyyat
- 17 Oktyabr 2013 13:39
-
- Siyasət
- 17 Oktyabr 2013 13:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz