İki ayda SOCAR-ın dövlət büdcəsinə ödənişləri 4,8% azalıb
2016-cı ilin yanvar-fevral aylarında SOCAR dövlət büdcəsinə 215 mln 882 min manat ($132,4 mln) vergi ödəyib. Bu barədə şirkətdə Turan-a bildiriblər.
Qeyd edək ki, 2015-ci ilin yanvar-fevral aylarında SOCAR dövlət büdcəsinə 226 mln 729 min manat (o vaxtkı məzənnə ilə $251,9 млн.) vergi ödəyib.
Bu ilin fevral ayında SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri 98 mln 200 min manat təşkil edib (2015-ci ilin fevralında 108 mln 227 min manat).
Yanvar-fevral ayları ərzində SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta üzrə ödənişləri 21 mln 50 min manat təşkil edib (bir il əvvəl 11,534 mln manat). Fevralda DSMF-ə ödənişləri 10 mln 992 min manat təşkil edib (bir il əvvəl 11,534 mln manat). –12В--
-
- İqtisadiyyat
- 17 Mart 2016 11:34
-
- Cəmiyyət
- 17 Mart 2016 12:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz