İl ərzində 6 min ödənişli iş yeri açılıb
Yanvarın 1-i üçün vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 mln 516,1 min nəfər olub. Bu, bir il öncəkindən 6 min və ya 0,39% çoxdur.
Dövlətstatkoma görə, ilin əvvəli üçün dövlət sektorunda 884,4 min nəfər çalışır. Dövlət təşkilatı və müəssisələrində işçi sayı 15,8 min (-1,8%) azalıb. Özəl sektorda muzdlu işçi sayı 21,8 min və ya 3,5% artıb.
Hökumət bəyan edir ki, 2014-cü ildə özəl sektora dəstək sayəsində 100 min yeni iş yeri açılıb, işsizlik sayı 5%-ə düşüb.
DSK-ya görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 5% artaraq 444,3 manat olub. 08D
-
- Siyasət
- 12 Fevral 2015 14:11
-
- İqtisadiyyat
- 12 Fevral 2015 14:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz