Su inhisarçısı üçün auditor tələb olunur
“Azərsu” ASC 2013-2014-cü illərdə cəmiyyətin iki regional bölgəsində maliyyə hesabatlılığının auditinin aparılması üçün şirkət seçmək niyyətindədir.
Qurumun məlumatında deyilir ki, seçim tender vasitəsilə keçiriləcək. Elana görə, auditorun vəzifəsinə “Azərsu” ASC-nin törəmə strukturlarının (“ŞəkiSukanal” və “GəncəSukanal”) maliyyə hesabatlılığının auditi, 2012-2014-cü illərdə “Açıq kommunal infrastruktur proqramı II” layihəsi üzrə maliyyə hesabatlılığının auditi daxildir.
Tenderdə iştirakın dəyəri 300 manatdır. Şirkətdən təkliflərin qəbulu aprelin 7-dək həyata keçiriləcək. Tender proseduru həmin gün olacaq.
Xəbər verildiyi kimi, maliyyə hesabatlılığının auditi, 2012-2014-cü illərdə “Açıq kommunal infrastruktur proqramı II” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiyası sisteminin modernləşdirilməsi üzrə işlərin həyata keçirilməsini nəzərdə tutur.
Layihənin reallaşması üçün Almaniyanın KreditanstaltfurWiederaufbau (KfW) bankı 37 mln. avro həcmində kredit, İsveçrənin SECO agentliyi 10 mln. avro həcmində qrant ayırıb. Daha 7 mln. avro isə Azərbaycan hökumətinin payına düşür.--17D—
-
- İqtisadiyyat
- 12 Fevral 2015 14:47
-
- Siyasət
- 12 Fevral 2015 14:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz