- İqtisadiyyat
- 4 Avqust 2014, 13:54
- 164
İlin əvvəlindən ARDNŞ neftinin ixracı 11 min ton azalıb
Bu ilin 7 ayında ARDNŞ 14 mln 347 min 746 ton neft ixrac edib. Bu barədə ARDNŞ-nin mətbuat xidməti məlumat verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə ARDNŞ neftinin ixracı 10 min 898 ton azalıb.
ARDNŞ 2014-cü ilin yanvar-iyul aylarında Bakı-Novorossiysk kəməri (593 min 25 ton), Bakı-Supsa kəməri (1 mln 787 min 379 min ton) və BTC ilə (11 mln 967 min 342 ton) neft tədarük edilib.
2014-cü ilin iyul ayında ARDNŞ 2 mln 73 min 57 ton neft ixrac edib. İyul ayında Novorossiysk limanından 84 min 803 ton, Supsa limanından 334 min 805 ton, Çeyhan limanından 1 milyon 653 min 449 ton xam neft ixrac edilib.
2013-cü ildə Azərbaycan neftinin ixrac həcmi 24,225 mln. ton, o cümlədən Bakı-Novorossiysk kəməri ilə 17 mln 51 min 23 ton, Bakı-Supsa kəməri ilə 2 mln 725 min 950 ton və BTC ilə 19 mln 748 min 27 ton olub. İxrac piki fevralda (2 mln 310 min 859 ton) olub.
ARDNŞ qeyd edir ki, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi həm şirkətin neftinin, həm də PSA sazişlərdə hökumətin payının uçotunu aparır. –12В--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz