
İlin əvvəlindən neft hasilatı 200 min ton azalıb
2014-cü ilin yanvar-aprelində Azərbaycanda 14,1 mln ton neft və kondensat istehsal edilib. Bu barədə Dövlətstatkom məlumat verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə maye karbohidrogen hasilatı 200 min ton (1,5 mln barrel) və ya 1,4% azalıb.
Qeyd edək ki, hökumət bu il 40 mln 974,3 min ton neft və kondensat hasilatı proqnozlaşdırır. 2013-cü ilin yekunu üçün ölkədə hasilat 43 mln 83,3 min ton olub. Nəzərdə tutulan iki mln ton azalma “Azəri-Çıraq-Günəşli” yatağında iki hasilat platformasında təmirlə bağlıdır. Bu, ilin II yarısında olacaq. –12В--
-
- İqtisadiyyat
- 16 May 2014 14:06
-
- İqtisadiyyat
- 16 May 2014 14:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz