- İqtisadiyyat
- 16 May 2014, 14:18
- 185
ARDNŞ-nin Qaradağda tikəcəyi kompleksin bəzi detalları
ARDNŞ-nin yeni Neft-Qaz emalı və Neft-kimya Kompleksi (NQNK) layihəsi çərçivəsində 800 və 300 min ton gücündə polietilen və polipropilen qurğularının tikintisi planlaşdırılır.
Layihəyə əsasən, aşağı təzyiqli polietilenlə yanaşı aşağı sıxlıqda polietilen də buraxılacaq. Polietilen 2020-ci ilin II-III rübündə buraxılacaq. Tikinti işlərinə 2016-cı ilin I rübündə başlanılacaq.
Polietilen istehsalı qurğusu 2023-ci ilin II yarısından tez olmayaraq istifadəyə veriləcək. Tikintiyə 2019-cu ilin I rübündə başlanılacaq.
Neft-kimya zavodunda buraxılan məhsulun bir hissəsi Türkiyə, Qərbi və Mərkəzi Avropa, Rusiya, MDB və Çinə göndəriləcək.
Neft-Qaz emalı və Neft-kimya Kompleksi 1,5 min ha sahə tutacaq. Əvvəlcə 12 mlrd m3 gücündə Qaz emalı zavodu işə salınacaq. Obyekt 2019-cu ildə istismara veriləcək. O, ARDNŞ-nin qazını, AÇG blokundan səmt qazı, ehtiyac olsa, “Şahdəniz” dən ARDNŞ-nin payına düşən qazı emal edəcək.
İkinci mərhələdə Neft-kimya Kompleksi istifadəyə veriləcək.
Gücü 8,5-9 mln ton olan NEZ 2023-cü ilin sonunda istismara veriləcək. Burda к А-92, А-95, А-98 avtobenizni, reaktiv və dizel yanacağı istehsal olunacaq.
Layihəyə ümumi investisiya $14,4 mlrd olacaq. Neft-kimya Kompleksinə $2,6 mlrd, NEZ və QEZ-ə 6,1 və $3,6 mlrd vəsait qoyulacaq.
Layihənin TİƏ-ni Technip, Fluor, AMEA Naft-Kimya hazırlayıb. Kompleks pulunu 6-7 ilə çıxaracaq.—0--
-
- İqtisadiyyat
- 16 May 2014 14:15
-
- İqtisadiyyat
- 16 May 2014 14:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz