- İqtisadiyyat
- 11 Oktyabr 2012, 12:00
- 125
İlin sonu üçün Azərbaycanın strateji valyuta ehtiyatları $50 mlrd-ı keçəcək
İlin sonu üçün Azərbaycanın strateji valyuta ehtiyatları $50 mlrd-ı keçə bilər, - deyə çərşənbə günü hökumətin iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, strateji ehtiyatlar ÜDM-in 70%-ə çatır, bu isə ölkəyə bu göstərici üzrə dünyanın ilk 15 ölkəsi arasında olmaq imkanı verir. Doqquz ayda ehtiyatların idarə edilməsindən yarım milyarddan çox vəsait əldə olunub. Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 9 dəfə çoxdur. Xarici borc ÜDM-in 8 faizi qədərdir.
"Bu dövrdə bank aktivləri 11%, kreditləşmə 8%, bank sektorunun kapitalı 18% artıb. Milli ödəniş sistemi vasitəsilə ödəniş həcmi 16% artaraq 85 mlrd manata çatıb. Qiymətli kağızlar bazarı 34%, o cümlədən səhm bazarı 3,3 dəfə artıb", - deyə Rüstəmov bildirib.
Azərbaycanın strateji valyuta ehtiyatları Mərkəzi Bankın vəsaitləri, Neft Fondunun aktivləri və hökumətin depozitlərindən ibarətdir. Doqquz ayın sonunda ehtiyatlar $5 mlrd artaraq $45 mlrd-a çatıb. --15B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz