- İqtisadiyyat
- 2 Oktyabr 2012, 14:37
- 196
İlin sonunadək BFB marketmeyker təqdim edəcək
Bakı Fond Birjasının Müşahidə Şurası marketmeykerin fəaliyyət qaydalarını təsdiq edib. Birjada gözləyirlər ki, ilin sonuna kimi ilk marketmeyker peyda olacaq və fond bazarına yeni nəfəs verəcək.
Azərbaycanın fond birjası 2000-ci ildən fəaliyyət göstərir, amma hələ bazarın bütün iştirakçıları Qərb meyarları ilə formalaşmayıb, kotirovka, listinq, birja indeksi yoxdur.
Marketmeyker satışın təşkili üçün emitentlərin qiymətli kağızlarını əldə edib saxlayır. Marketmeykerlər birja və birjadankənar bazarda Birja ilə razılaşdırılmış qiymət dəhlizi çərçivəsində özü tərəfindən müəyyənləşdirilmiş qiymətlərlə öz vəsaitləri hesabına qiymətli kağızların alqı-satqısını həyata keçirir.
Qaydalarla yanaşı marketmeyker fəaliyyətinin funksionallığının təmin edilməsi üçün proqram təminatı yaradılıb.
Qaydalara əsasən, marketmeyker statusu birja üzvlərinə və ya birja üzvü ilə müvafiq qaydada müqavilə bağlamış hüquqi şəxslərə birjanın İdarə Heyətinin qərarı ilə birjada ticarətə buraxılan və ya ilkin yerləşdirməyə çıxarılmış qiymətli kağız üzrə verilə bilər. Status üçün müraciət edənlər müraciətindən əvvəlki üç il ərzində fəaliyyət göstərməli, son maliyyə ilinin nəticələri üzrə mənfəətə malik olmalıdır. Həmçinin market meykerlik etdiyi qiymətli kağızın emitentinin idarəetmə orqanının üzvü olmamalıdır. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz