İlkin səhm bazarı birinci rübdə 5,3 dəfə artıb
2013-cü ilin yanvar-aprelində Bakı Fond Birjasında bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 2143,142 mln manat təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 41,8% azdır.
BFB-nin məlumatına görə, hesabat dövründə bütün əqdlərin 89,7%-i dövlət qiymətli kağızlarının payına düşüb.
Birja satışlarının həcminin azalması 40,2% artan dövlət kağızları bazarının hesabına olub. Notların ilkin bazarında əqd dövriyyəsi 2 dəfə azalıb, repo əməliyyatlarla əqdlər 46,2% artıb.
Korporativ qiymətli kağızlar bazarı 2,9 dəfə artıb. İstiqrazların ilkin yerləşdirilməsi həcmi hesabat dövründə 36,8%, onlarla təkrar əməliyyat həcmi 55,6% artıb. İlkin səhm bazarında 5,3 dəfə artım, təkrar bazarda 4,3 dəfə artım olub. İlkin bazarda əqd sayı 31-dən 136-ya artıb, təkrar bazarda 1154-dən 1175-ə artıb. --15D-
-
- İqtisadiyyat
- 2 May 2013 15:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz