İlkin tələbat malları alınması xərcləri ümumi inflyasiyadan çox artıb
Dövlətstatkomun məlumatına görə, ilin I rübündə mal və xidmətin istehlak xərclərinin artımı 2,8% olub.
Ərzaq, o cümlədən içkilər və tütün məmulatı 3,9%, qeyri-ərzaq malları 2,4%, xidmətlər 1,6% bahalanıb. Amma əhalinin ilkin tələbat malları alınması xərcləri ümumi inflyasiyadan çox artıb
.Məsələn, çörək məhsulları və yarma illik hesablamada I rübdə 7,9%, yağ və piy 9,6%, süd məhsulları 4%, meyvə 9,1%, şəkər, bal, qənnadı məmulatı 4,1%, çay, kofe, kakao 8% bahalanıb. Bu, devalvasiyanın nəticəsidir, çünki ərzağın 50%-i xaricdən gətirilir.
Spirtli içkilər 3,9%, o cümlədən şərab və pivə 4,4% və 24,8% bahalanıb. Tütün məmulatının qiyməti 44% artıb. Spirtli içkilər və siqaretin bahalanması martın 1-dən aksiz dərəcəsinin artması ilə bağlıdır.
Yanvar-martda tikinti materialları (4,9%), maye qaz (3,8%) və duru yanacaq (4,1%) bahalanıb, deyə Dövlətstatkom bildirir. Məişət cihazları 22%, kiçik elektrik cihazları 17,9% bahalanıb. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz