İllik hesablamada inflyasiya 2,3% olub
Yanvar-oktyabrda Azərbaycanın istehlak bazarında inflyasiya illik hesablamada 2,3% olub. Bu, ötən ilin eyni dövründəkindən 1% çoxdur. Bu barədə Turan-a Dövlətstatkomda bildiriblər. Ekspertlər gələn il inflyasiyanın ikirəqəmli olacağını proqnozlaşdırır.
Rəsmi hesablamaya görə, ərzaq yanvar-oktyabrda 2,2%, qeyri-ərzaq malları 0,5%, xidmət haqqı 3,4% bahalanıb.
Bu ildən vətəndaş cəmiyyəti alternativ inflyasiya hesablaması aparmır. Ona görə ekspertlər ayrı-ayrı mallarınn qiymətlini müqayisə edərək qeyd edirlər ki, büdcə təşkilatları işçilərinin əmak haqları sentybardan cüzi artırılandan sonra qiymətlər hissediləcək dərəcədə bahalanıb.
Hökumət enerji resursları, kommunal və kommunikasiya xidmətlərinin qiymət və tariflərini artırmağa hazırlaşır. Bu, istehlak bazarına ciddi təsir edəcək. Ona görə 2014-cü ildə illik inflyasiyanın hökumətin proqnozlaşdırdığı kimi 3,5% yox, ən azı 10% olacağı bildirilir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz