İllik hesablamada inflyasiya 3,4% olub
Bu ilin 5 ayında illik hesablamada inflyasiya 3,4% olub. Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında 2-3% inflyasiya proqnozlaşdırılıb.
Dövlətstatkoma görə, ilin əvvəlindən ərzaq ötən ilin eyni dövrü ilə müqayisədə 5,2%, qeyri-ərzaq malları 2,7%, xidmətlər 1,4% bahalanıb.
2013 və 2014-cü ildə Azərbaycanda inflyasiya 2,4% və 1,4% olub. Bu il üçün rəsmi proqnoz 3%-i keçmir, amma beynəlxalq maliyyə institutları daha çox inflyasiya gözləyir. Məsələn, Beynəlxalq Valyuta Fondu bu il üçün inflyasiya proqnozunu 8,5%-ə artırıb. Hökumət bir qayda olaraq proqnoza yenidən baxmır.
Azərbaycanda inflyasiya fevralın 21-dəki inzibati devalvasiyadan sonra sürətlənib. O vaxt manat alıcılıq qabiliyyətini ABŞ dollarına nisbətdə 34% itirib. 08B
-
- Cəmiyyət
- 11 İyun 2015 19:55
-
- İqtisadiyyat
- 11 İyun 2015 20:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz