AİF-in «Şaqren dərisi»
2015-ci ilin yanvar-aprel aylarında Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil bankları 34,9 mln. manat kredit verib. Bu, ötən ilin eyni dövründəkindən 16,9% və ya 7,1 mln azdır.
Yanvar-aprel aylarında AİF-in agent bankları 21,9 mln. manat məbləğində krediti yenidən maliyyələşdirib. Fond sosial ipotekanı maliyyələşdirmək üçün dövlət büdcəsindən 9,2 mln. manat məbləğində vəsait alıb.
AİF 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Sosial ipotekanın maksimal həcmi 50 min manat, faiz dərəcəsi 4%-dir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Ötən il AİF-in agent bankları 97,1 mln manat məbləğində kredit veriblər, bu isə 2013-cü ilin göstəricisindən 14% azdır. Amma bu, o demək deyil ki, əhalinin mənzilə ehtiyacı yoxdur. Bu kreditləri almaq üçün çoxlu sənəd, yüksək maaş (1 min manat) lazımdır. Fevral devalvasiyasından sonra banka müraciət etmək əhali üçün əlverişli deyil. --17D—
-
- İqtisadiyyat
- 11 İyun 2015 20:00
-
- İqtisadiyyat
- 11 İyun 2015 20:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz