İnvestisiya avadanlıqlarının idxalı üçün təsdiqedici sənədin verilməsi qaydası təsdiq edilib
Prezident İlham Əliyevin imzaladığı fərmanla “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası” təsdiq edilib.
Həmin fərmanla təsdiqedici sənədin forması da təsdiq edilib (http://azertag.az/store/files/qayda.pdf).
Təsdiqedici sənəd investora siyahıda göstərilmiş texnika, texnoloji avadanlıqların və qurğuların ölkəyə idxalı zamanı Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda nəzərdə tutulan güzəştlərdən istifadə hüququ verir. Bu, bir çox vergi və gömrük rüsumundan azad edilmək deməkdir.
Təsdiqedici sənədi almaq üçün investor İqtisadiyyat Nazirliyinə müraciət edir. Ərizəyə idxal edilən texnika və avadanlığın siyahısı, onların ABŞ dolları ilə qiyməti əlavə edilir. Sənəd 7 iş günü ərzində verilir. İqtisadiyyat Nazirliyi ərizəyə baxarkən onun investisiya layihəsinə uyğunluğunu yoxlayır. İqtisadiyyat Nazirliyi 3 gün ərzində təsdiqedici sənədin verilməsi barədə Vergilər Nazirliyi və Gömrük Komitəsinə məlumat verir. 08D
-
- Cəmiyyət
- 21 Aprel 2016 11:31
-
- İqtisadiyyat
- 21 Aprel 2016 12:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz