«Lisenziyalar və icazələr haqqında» qanun qüvvəyə minib
Prezident İlham Əliyev aprelin 20-də "Lisenziyalar və icazələr haqqında" qanunu təsdiq edib.
Nazirlər Kabinetinə tapşırılır ki, həmin Qanunun pozulmasına görə inzibati məsuliyyət müəyyən edən qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Hökumət bir ay ərzində beynəlxalq təşkilatların və beynəlxalq səviyyədə tanınmış təşkilatların verdikləri və Azərbaycanda tanınan icazələrin siyahısını və onların tanınması qaydasını təsdiq etməlidir.
Vergilər Nazirliyi bir sıra növ icazələrin verilməsi, dayandırılması, ləğv edilməsi barədə informasiya verməlidir. Bu icazələrin siyahısı bir ərzində hazırlanmalıdır.
Nazirlər Kabineti lisenziya və icazələrin vahid reyestrinin aparılması qaydalarını hazırlamalıdır.
"Lisenziyalar və icazələr haqqında" qanun ayrı-ayrı iqtisadi fəaliyyət sahələrinə tənzimləyici təsirlərin analizinin həyata kçeirlməsini nəzərdə tutur. Nazirlər Kabineti 2 ay ərzində bu analizin həyata keçirlməsi qaydalarını hazırlamalıdır.
"Lisenziyalar və icazələr haqqında" qanuna lisenziyalaşdırılmalı 25 fəaliyyət növü (http://president.az/articles/19491), eləcə də sahibkarlıq fəaliyyəti üçün 87 icazənin siyahısı (http://president.az/articles/19493) əlavə olunur. 08D
-
- Cəmiyyət
- 21 Aprel 2016 13:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz