İnvestisiya qiymətli kağızların qeydiyyatı elektron formada da mümkündür
Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qiymətli kağızların elektron qeydiyyatının tətbiqinə dair seminar keçirilib. Qiymətli kağızların emitentləri və brokerlər hələ də sənədləşdirmənin kağız formasından istifadə edir. QKDK 2012-ci ilin sonlarından QK bazarına nəzarətlə bağlı bir çox elektron xidmətlər tətbiq edib. Ancaq peşəkar iştirakçıların iddiasına görə, bu xidmətlərdən yalnız onlar istifadə edir, emitentlər isə kənarda qalır. QKDK onların QK-ın hesabatlılığı və qeydiyyatının yeni imkanları barədə maarifləndirməyib. Mərkəzi Bank artıq il yarımdır notların qeydiyyatı ilə bağlı QKDK ilə əməkdaşlıq edir. QKDK-nin mətbuat xidmətinin məlumatına görə, bu günkü seminarda 70-ə yaxın bank, sığorta şirkəti, həmçinin ARDNŞ, Dövlət Neft Fondu, Azərbaycan İnvestisiya Şirkəti, QK bazarının peşəkar iştirakçıları iştirak edib. 08D
-
- İqtisadiyyat
- 17 May 2014 13:24
-
- Siyasət
- 17 May 2014 15:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz