İpoteka kreditləri 32 dəfə azalıb
Mərkəzi Bankın (AMB) məlumatına görə, 2016-cı ilin yanvar-aprel aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 1,1 mln manat təşkil edib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 31,7 dəfə azdır.
AİF-in məlumatına görə, yanvar-aprel aylarında 730 mln 702,42 min məbləğində 17 min 995 ipoteka krediti verilib.
AMB-nin məlumatına görə, AİF yanvar-aprel aylarında 21,6 mln manat (mənfi 1,4%) krediti təkrar maliyyələşdirib. Bu müddətdə fond dövlət büdcəsindən sosial ipoteka üçün 14,5 mln manat alıb.
2015-ci ildə 97 mln 273,98 min manat məbləğində 2 min 146 kredit, bir il əvvəl 99 mln 927,74 2 min məbləğində 2 275 kredit verib.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. İpoteka kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir.
Güzəştli kreditlər 50 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir.
Bu il prezidentin fərmanı ilə ipoteka kreditləşməsinə əlavə 200 mln ayrılıb. Kreditlərin verilməsi tempindən görünür ki, bu vəsaitlərə ehtiyac olmayacaq. --17D—
-
- Cəmiyyət
- 14 İyun 2016 18:37
-
- İqtisadiyyat
- 14 İyun 2016 20:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz