Milli Məclisin iclasında
Milli Məclisin bugünkü iclasında Azərbaycan və İranın dəmir yollarının koordinasiyası haqqında saziş təsdiq edilib.
İqtisadi məsələlər üzrə komitənin rəhbəri Ziyad Səmədzadənin sözlərinə görə, sənəd “Şimal-Cənub” dəmir yolu layihəsi çərçivəsində işləri sürətləndirəcək.
Sazişə əsasən, Astaradan İran sərhədinə 8,3 km dəmir yolu çəkilməli, İranda Qəzvin-Rəşt yolunun tikintisi başa çatdırılmalı və Rəşt-Astara (164 km) yolu çəkilməlidir.
Hər iki ölkədə yük terminalı və buraxılış məntəqələri tikilməli, Astara – Astara sahəsi birgə istifadəyə verilməlidir.
Bundan başqa, Bakı-Astara-Rəşt-Qəzvin-Təbriz-Culfa-Naxçıvan marşrutu ilə yük daşınması üçün şərait yaradılmalı, Naxçıvandan Məşhədə sərnişin marşrutu təşkil edilməlidir.
İclasda "Kənd təsərrüfatı kooperasiyası haqqında" və “Elm haqqında” qanun layihələri üçüncü oxunuşda qəbul edilib. Aqrar siyasət komitəsinin rəhbəri Eldar İbrahimovun sözlərinə görə, sahibkarların kooperasiyası aqrar sənayenin inkişafına kömək edəcək. --17D—
-
- İqtisadiyyat
- 14 İyun 2016 19:53
-
- İqtisadiyyat
- 14 İyun 2016 20:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz