İqtisadiyyat Nazirliyi: elektrik enerjisinin və təbii qazın tariflərinin dəyişdirilməsi müzakirə edilmir
İqtisadiyyat Nazirliyi kütləvi informasiya vasitələrində elektrik enerjisinin və təbii qazın tariflərinin artırılacağı ilə bağlı yayılan məlumatlarla bağlı bəyanat verib.
Nazirliyin mətbuat xidmətinin məlumatında qeyd edilir ki, Tarif Şurasına elektrik enerjisinin və təbii qazın tariflərinin dəyişdirilməsi barədə müraciət daxil olmayıb və hazırda Tarif Şurasında bu məsələlər müzakirə edilmir.
Maraqlıdır ki, Tarif Şurası yaradılandan (may 2005) qiymətlərə yenidən baxılması barədə qərar qəbul edilənədək anons verilməyib. Tarif Şurasının üzvləri “qəfil” toplaşaraq qərar verib və bir qayda olaraq, tariflər artırılıb.
Məsələn, «Azərsu» SC-dən tarif artımı barədə müraciət barədə TŞ ictimaiyyətə məlumat verməmişdi. Su və çirkab suların 38% bahalanması barədə qərar ictimaiyyət üçün gözlənilməz olub. 08D
-
- İqtisadiyyat
- 18 May 2016 08:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz