İqtisadiyyat Nazirliyi emal sənayesinin problemlərini öyrənir
İqtisadiyyat Nazirliyi yerli istehsalı artırmaq üçün biznes dairələrlə diskussiyaları davam etdirir.
İqtisadiyyat Nazirliyinin ət və süd məhsulları, şərabçılıq istehsalı sahəsində fəaliyyət göstərən istehsalçı müəssisələrin nümayəndələri ilə görüşündə bu məhsulların istehsal artımına mane olan əngəllər barədə müzakirələr aparılıb. Bu səylər ölkənin ayrı-ayrı məhsulların idxalından asılılığına azaltmağa yönəlib.
İqtisadiyyat Nazirliyində Turan-a bildiriblər ki, ət və süd məhsulları istehsalı sahəsində fəaliyyət göstərən 15 istehsalçı müəssisə nümayəndələri ilə görüşdə yerli məhsulların maya dəyərinə təsir edən əsas amillər – yem komponentləri, qablaşdırma və emal prosesində istifadə olunan materialların və istehsal təyinatlı avadanlıqların idxalına güzəştlərin tətbiq edilməsi, ölkədə yem istehsalı üçün əlavə əkinə yararlı torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi, yerli istehsalın dəstəklənməsinin gücləndirilməsi və s. barədə təkliflər səsləndirilib.
Şərabçılıq müəssisələri idxalı əvəz edən mallar istehsal edən müəssisələrin yaradılmasının stimullaşdırılmasına ehtiyac duyurlar.
Milli Məclis yanvarın 19-da Vergi Məcəlləsinə investorlara 7 il müddətinə vergi güzəşti verilməsini nəzərdə tutan əlavələr edib, bu, İqtisadiyyat Nazirliyi tərəfindən (investisiyaların təşviqi sənədi şəklində) təsdiq edilib. 08D
-
- İqtisadiyyat
- 21 Yanvar 2016 15:59
-
- Siyasət
- 21 Yanvar 2016 16:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz