Bir ildə Bank Silk Way-in aktivləri 1,5 dəfədən çox artıb
«Bank Silk Way» ASC-nin aktivləri ilin əvvəli üçün 368 mln 153 min manat (bir ildə 58,2%) təşkil edib.
Ən çox (2,6 dəfə) depozitlər artıb – 140 mln 395 min manata, əhalinin əmanətləri 2,9 dəfə - 129 mln 307 min manata, bankın öhdəlikləri 2,1 dəfə - 261 mln 85 manata artıb.
Bankın kredit portfeli yanvarın 1-i üçün 346 mln 953 min manat (+94%) olub. Bankın xüsusi kapitalı dəyişməyib və 107 mln 68,42 min manat təşkil edib.
Bank ötən il 1,7 mln manat xalis mənfəətlə işləyib.
Bank Silk Way ASC (keçmiş Azal Bank) 101 mln 544,89 min manat nizamnamə kapitalı ilə 2008-ci ilin yanvarın 25-dən fəaliyyət göstərir. Onun səhmdarları iki fiziki və bir hüquqi şəxsdir. --17D—
-
- İqtisadiyyat
- 21 Yanvar 2016 15:40
-
- İqtisadiyyat
- 21 Yanvar 2016 16:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz