İqtisadiyyata investisiyaların 50%-dən çoxu hökumətə məxsusdur
Dövlət əsas kapitala investisiyalarda liderliyi qoruyur: 8 ayda investisiyaların strukturunda dövlət büdcəsi və Neft Fondunun xüsusi çəkisi 50,5% olub, deyə Dövlət Statistika Komitəsində Turan-a bildiriblər.
İlin əvvəlindən tikinti sektoruna investisiyalar 10 378,8 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 22,7% çoxdur. İnvestisiyaların 37%-i özəl müəssisələrin payına düşür. İqtisadiyyata daxili investisiyalar 7 760 mln manatdır. Bu, ötən ilin eyni dövründəkindən 16.3% çoxdur. Daxili investisiyalarda qeyri- dövlət sektorunun payı 21,5%-dir.
Xarici mənbələrdən iqtisadiyyata 2,6 mlrd manat yönəldilib. Bunun əsas hissəsi Britaniya (971,3 mln manat), ABŞ (308.4 mln manat), Norveç (305 mln manat), Yaponiya (260 mln manat) və Çexiyanın (214,2 mln manat) payına düşür.
Ötən dövrdə hökumət Dünya Bankının 93,5 mln manat, Asiya İnkişaf Bankının 36,8 mln manat, İslam İnkişaf Bankının 7 770,6 min manat, Avropa Şurasının 2 153,1 min manat kreditindən istifadə edib. 08D
-
- İqtisadiyyat
- 16 Sentyabr 2013 14:21
-
- İqtisadiyyat
- 16 Sentyabr 2013 14:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz