Yunanıstanın DESFA şirkəti 2014-cü ilin II rübündə ARDNŞ-nin nəzarətin keçəcək
Ötən həftə ARDNŞ-nin nümayəndə heyəti Afinaya səfər edib. ARDNŞ mətbuat xidmətinin məlumatına görə, səfər zamanı bildirilib ki, Avropa Komissiyasının yekun icazə qərarının 2014-cü ilin ikinci rübündə veriləcəyi gözlənilir.
"Nəzarətin ARDNŞ-yə ötürülməsi (təhvil-təslim) aparılana qədər DESFA-nın səhmlərinin satılan hissəsi HRADF-ın nəzarətində olacaq, deyə ARDNŞ məlumat verir.
Yunanıstanın Ekologiya, Energetika və İqlim Dəyişiklikləri Nazirliyində, Əmlakın İdarə Olunması Fondunda (HRADF) və DESFA şirkətində keçirilmiş görüşlər zamanı SOCAR nümayəndələrinə bildirilmişdir ki, alqı-satqı prosesində növbəti addım Yunanıstanın Auditor Palatası ilə klirinq məsələsinin həlli olacaq.
Bununla bağlı işlərin gələn həftə başlanacağı gözlənilir. Paralel olaraq Yunanıstanın Energetika üzrə Tənzimləyici Agentliyində və Avropa Komissiyasında lazımi qeydiyyat prosesi də aparılacaq.
Görüşlərdə tərəflərin Yunanıstan qanunvericiliyinə və Avropa Birliyinin energetika üzrə üçüncü direktivinə uyğun öhdəlikləri barədə fikir mübadiləsi aparılıb.
* ARDNŞ 2013-cü ilin iyununda səhmlərin 66%-i üçün (31% Özəlləşdirmə Fondu, 35% "Hellenic Petroleum"un səhmləri) 400 mln avro təklif edib. --12D--
-
- İqtisadiyyat
- 16 Sentyabr 2013 14:22
-
- İqtisadiyyat
- 16 Sentyabr 2013 14:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz