- İqtisadiyyat
- 13 İyun 2013, 14:19
- 189
İqtisadiyyatda 4,5% artım
2013-cü ilin yanvar-mayında ölkədə 22,1 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul istehsal edilib.
Qeyri-neft sektorunda 11% artım olub və onun ÜDM-də xüsusi çəkisi 52,5% təşkil edib, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
ÜDM istehsalında sənayenin payı 50%-i keçib. Tikinti sektoru ümumi daxili məhsulda 9,7% paya malikdir. 5 ayda kənd təsərrüfatı 2,8% ÜDM verib. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil edib. Daha çox artım tikinti sektoru – 38,7% və turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində olub – 20,3%.
Neft-qaz hasilatı və emalı sahələrində ÜDM 1,4 faiz azalıb.
Beş ayda ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2389,0 manat (3044,4 ABŞ dolları) təşkil edib. Bu, 2012-ci ilin eyni dövründəkindən 3,1 faiz çoxdur..
2012-ci ildə Azərbaycan iqtisadiyyatında 2,2% artım olub. Hökumət bu il ÜDM artımını 5% proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankı 3,8% və 3,5% artım gözləyir --08D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz