İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri bu ilin avqustunda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 68,5 min müqavilə üzrə 5,1 mln mükafat yığıblar.
Büronun press-relizində deyilir ki, müqavilələrin çoxu (45,2 min) yerli avtomobillər, qalan 23,3 mini Azərbaycandan tranzitlə keçən maşınlar (sığorta müqaviləsi 1 ay və 1 illikdir) üzrədir.
Ötən ilin avqustu ilə müqayisədə müqavilə sayı 5,4%, mükafat məbləği 15,1% azalıb. Bir müqavilə üzrə orta mükafat həcmi 75 manatdır.
Yanvarın 1-dən sentyabrın 1-dək bu növ üzrə 43 mln manat toplanıb.
İcbari Sığorta Bürosu 16 dekabr 2011-ci ildə yaradılıb. Hazırda 12 üzvü var. Avtomobillərin sığortasının qiyməti 1,5 min sm3 üçün (AVSMMİS üzrə) 50 manatdır. Mühərrikin həcmi artanda 1,5 (5 min sm3-ə qədər) və 5 (5 və daha artıq sm3) əmsal artırılır.
Sərnişin nəqliyyatının avtosalonu və ya yük avtomobilinin tonnajı artanda da baza qiyməti artır.
Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – sərnişin yerlərinin sayına görə 9-dan 16-dək 3 əmsalı, 16 yerdən çox olanda 4 əmsalı artırılır.
Yük avtomobiləri üçün əmsal 3-5 arasıdır.
Motosikl, traktor və başqa kənd təsərrüfatı texnikası üçün əmsal minimaldır.
AVSMMİS üzrə sığorta haqqı müəyyən ediləndə də bonus-malus nəzərdə tutulub. Qanuna görə əmlaka dəyən ziyana görə 5 min manat, bir şəxsin sağlamlığına dəyən ziyana görə 5 min manat, bir sığorta hadisəsi üzrə maksimum 55 min manat ödənilir. --17D—
Rəy yaz