İşəgötürənlər gələn il işçi sayını açıqlamaqda maraqlı olmayacaq
Gözlənildiyi kimi, keçmiş müavin Elman Mehdiyev Dövlət Sosial Müdafiə Fonduna sədr təyin edildi.
Keçmiş prezident Heydər Əliyevin xatirə günü ərəfəsində o, bir neçə bəyanat verib. Onlardan ən vacibi gələn il icbari dövlət sosial sığorta dərəcəsinin saxlanmasıdır (25%-dən 22%-i işəgötürən ödəyir). Demək, işəgötürənlər əvvəlkitək işçi sayını açıqlamaqda maraqlı olmayacaq. Xatırladaq ki, əvvəllər keçmiş sədr, indiki nazir Səlim Müslümov işəgötürənlər üçün mümkün güzəşt barədə danışmışdı – işəgötürənlər 18%, işçilər 7%.
Elman Mehdiyev bu proqnozlarla yadda qalır – 2014-cü ildə pensiyaçılar 1 mln 270 min (bu illə müqayisədə - 1,1 min) olacaq, yanvarın 1-dən qadınların pensiya yaşı 59,5-ə çatacaq, qadınlar üçün 63 səviyyəsində qalacaq. Pensiya hüququ verən sosial sığorta stajı dəyişməyəcək.
DSMF sədri bu ilin sonu üçün 3,5% olacağını, iqtisadi aktiv əhalinin 4,78 mln nəfər, iqtisadiyyatda məşğulluğun 4,56 mln, muzdlu işçilərin 1,54 mln nəfər olacağını deyib. Ölkədə real orta aylıq maaş artımı tempi 5,4% olub 479,4 manata çatacaq.
Amma Tarif Şurası proqnozu alt-üst edib – enerji daşıyıcılarının bahalanması istehlak malları və xidmət qiymətlərini 15% bahalandırıb. Bunu mağaza və bazarlarda qiymət siyahılarından görmək olar. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz