İşsizlik 5%-dən aşağı düşüb
2013-cü ildə Azərbaycanda işsizlərin sayı hər rüb 1,5-2 min nəfər azalıb və IV rübdə 236,6 min nəfər olub. İşsizlik səviyyəsi 5%-dən aşağı düşüb
Dövlətstatkomun məlumatına görə, 2012-ci ilin IV rübündə Azərbaycanda Beynəlxalq Əmək Təşkilatının metodologiyası üzrə 243,1 min işsiz olub və işsizlik 5,18% təşkil edib. İndi bu göstərici 4,97%-dir.
Müstəqil ekspertlər rəsmi rəqəmlərə inanmır. Amma alternativ araşdırma da yoxdur. Dünya Bankı əmək bazarını analiz edəndə rəsmi rəqəmlərə istinad edir.
«Azərbaycandan məşğuluq səviyyəsinin hesablanması metodikası yanlışdır. Muzdlu işçilər hesablanmayanda işsizlik səviyyəsi 75%-dir», deyə AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Turan-a bildirib.
DSK-ya görə, 2013-cü ilin sonunda ölkədə 4 521,2 min nəfər məşğul sayılıb. Bu, əvvəlki ilin eyni dövründəkindən 75,9 min nəfər çoxdur. İllik hesablamada işsizlər 6,5 min nəfər azalıb.
Hökumət torpaq sahələri olan ailələri də işləyən sayır.
Azərbaycanda yaş, regional və başqa prinsiplərlə statistika açıqlanmır. Naxçıvan MR istisna təşkil edir. Rəsmən muxtariyyətdə əmək qabiliyyətli olanların hamısı işləyir. 08B
-
- Cəmiyyət
- 17 Fevral 2014 16:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz