İşsizlik müavinətinin minimum məbləği 20 manat artırılıb
Nazirlər Kabineti fevralın 3-də işsizlik müavinətinin minimum məbləğinin 55 manatdan 75 manata artırılması barədə qərar qəbul edib.
Sonuncu dəfə bu müavinətin həcminə 2004-cü ilin iyununda baxılıb.
Deyillən müavinət məbləği eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının göndərişi ilə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kursindan keçmiş vətəndaşlara da veriləcək.
Hökumətin qərarı 2016-cı il fevralın 1-dən qüvvəyə minir.
Dövlətstatkomun məlumatına görə, yanvarın 1-dən Azərbaycanda 28 887 nəfər işsiz sayılır. Onlardan yalnız 1543 nəfər müavinət alır. Neçə nəfərin işsizlik üzrə minimum məbləğdə müavinət aldığı barədə məlumat verilmir.
Qeyd edək ki, manatın ikinci devalvasiyasına qədər (21 dekabr) Azərbaycanda yaşayış minimumu 136 manat müəyyən edilib. Beləliklə, işsizlər onların minimal ehtiyacına cavab verməyən məbləğdə müavinət alır. 08B
-
- Cəmiyyət
- 6 Fevral 2016 10:53
-
- İqtisadiyyat
- 6 Fevral 2016 11:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz