İstehlak kreditləşməsindən biznes kreditləşməsinə
Bakı/17.12.14/Turab: “Unibank” ASC yanvardan kreditləşmə portfelinə yenidən baxacaq və istehlak deyil, sahibkarlığın kreditləşməsinə üstünlük verəcək. Bunu icraçı direktor Cəlal Qasımov bu gün mətbuat konfrasında bidirib.
Onun sözlərinə görə, ötən ilin sonunda biznesmenlərə yardımın həcmi 133 mln. manat təşkil edirdisə dekabrın 1-dən 208 mln. manat təşkil edib və ilin sonunadək 220 mln. manat olacağı gözlənilir. “2015-ci ildə biz portfelin daha da artacağına ümid edirik”, - o vurğulayıb.
Bank pərakəndə kreditləşmədə artıq uğurlar əldə edib. Belə ki, gələn il təxminən 1mlrd. həcmində məcmu kredit göslənilir.
C.Qasımovun məlumatına görə, bankın məcmu aktivləri dekabrın 1-i üçün 865 mln. manat təşkil edib. Son üç ildə “Unibank” müştərilərinin sayı 3 dəfə artıb.
“Unibank” ASC 2002-ci ildə yaradılıb.
Bankın nizamnamə kapitalında 66,21% fiziki şəxslərə, 33,79% hüquqi şəxslərə, o cümlədən 12,15% AYİB, 6,68% Almaniya DAG-ə aiddir.--17D—
-
- Cəmiyyət
- 17 Dekabr 2014 13:57
-
- İqtisadiyyat
- 17 Dekabr 2014 14:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz