İsveçrə şirkətləri Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlıdır
İsveçrə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafını dəstəkləməkdə maraqlıdır. Bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə belə deyib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətində Turan-a bildiriblər ki, səfir İsveçrə şirkətlərinin isə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Bu ilin martında Bakıda Azərbaycan-İsveçrə Ticarət-iqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının 7-ci iclası keçiriləcək.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycanda İsveçrə kapitallı 65 şirkət var.
2015-ci ildə Azərbaycanın İsveçrəyə ixracatı 2 dəfə artaraq $155 mln təşkil edib. Əks istiqamətdə $94,3 mln-luq və ya 2014-cü ildəkindən 40% az mal daxil olub. 08D
-
- Cəmiyyət
- 5 Fevral 2016 13:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz